Gənc aktyorumuz görün, nə ilə rastlaşdı... .....                     Şuşadakı milyonluq tenderlərin qalibi məhkəmə qarşısında .....                     Prezident İlham Əliyev İrakli Kobaxidzeni təbrik etdi və... .....                     Qərb ümid etməsin: Ukrayna bufer-zona olmayacaq .....                     Uşaqlar psixoloji və fiziki təzyiqə məruz qalır: Dərs yükü niyə ağırlaşdırılır? .....                     Qazaxıstan BRICS-ə qoşulmaqdan niyə imtina edib? .....                     Sahib Məmmədov "köhnə komanda"nı sürətlə yola salır .....                     İcra başçısının oğlu məhkəməyə verildi .....                     “Report” İnformasiya Agentliyinin 10 yaşı tamam olur .....                     "Xəzər RİH bizi yola verir" .....                     Ukraynaya kimin qalib gələməsi sərfəlidir? .....                     Zirəddin ad çəkdi: ABŞ-ın yeni prezidenti kim olacaq? .....                     İsrail İranın ballistik raket istehsalının mühüm elementini məhv edib .....                     "Məsul qurumların "yarıtmaz" fəaliyyəti araşdırılmalıdır" .....                     O tunel tikiləndə də Adil Vəliyev başçı idi, indi də: Göyüşov isə... .....                     Kredit ittifaqları kimləri aldadır: Dövləti, yoxsa vətəndaşı? .....                     Vahid kartlar tələbələrə nə vaxt paylanılacaq? .....                     İsrail İranda nələri məhv edib? .....                     “Gürcü Arzusu” Partiyası 53,5% səslə seçkilərdə liderdir .....                     İsrail İran ordusunu iflic etdi .....                     "Türklərlə kürdlərin bir-birini sevməsi fərzdir" .....                     Nurəddin Məmmədli AXCP-dən getdi .....                     İsrail-İran müharibəsi olacaq? .....                     Ziya Məmmədov bağ evini satışa çıxardı: .....                     Gürcüstan MSK parlament seçkilərinin baş tutduğunu elan edib, “Gürcü Arzusu” irəlidədir .....                     "Qərb və müttəfiqləri Ermənistan vasitəsilə .....                     Avropa Parlamentinin “erməni sevgisi”: .....                     Yekun sülhdən danışmaq çətindir .....                     Azad Qaraqoyunlu kəndi ərazisində ağacəkmə aksiyası davam etdirilir .....                     İsrailin növbəti hədəfi Xameneyidir .....                     Bakının üç şərti, İrəvanın iki istəyi var: Proses sürətləndi .....                     İrana NÖVBƏTİ HÜCUM: .....                     Cəbhədə yeni oyunçular: Çin Ukraynaya qoşun yeridir? .....                     Bakı aeroportu payız-qış uçuş cədvəlinə keçir .....                     Zaur Mikayılovdan yeni təyinat .....                     Aİ İsraillə bağlı məsləhətləşmələr aparır .....                     "Verilişimə nə Vəfanı, nə də Şəbnəmi çağırmayacağam" .....                     Bidzina İvanişvili: "Xarici agentura qalib gəlsə, müharibə olacaq" .....                     Qapını açmadı, əlil sərnişini döydü .....                     Feyziyev indi də Naxçıvanın TENDERXANASINDA... .....                 

Moskvada ilginc buluşma
Tarix: 21-09-2015, 09:28 | Çap et
Moskvada ilginc buluşma
Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 23-də Moskvaya səfər edəcək. Xəbər verildiyi kimi, bu barədə ötən həftəsonu Rusiya mətbuatı məlumat yayıb. Prezident Əliyev həmin tarixdə - mübarək Qurban bayramına bir gün qalmış Moskvada, Sülh prospektindəki yeni Cümə məscidinin açılış mərasiminə qatılacaq.

Rusiya Müftiləri Şurasının sədri şeyx Ravil Qaynutdinin mətbuata bildirdiyinə görə, mərasimdə Rusiya prezidenti Vladimir Putin, din xadimləri, həmçinin, Azərbaycan, Fələstin, İordaniya, Qatar, Küveyt, Səudiyyə Ərəbistanı, Türkiyə, İran, Qazaxıstan, Türkmənistan, Qırğızıstan, Tacikistan və Özbəkistan dövlət başçıları iştirak edəcək.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın da Rusiyaya səfər edəcəyi artıq dəqiqləşib. “Sentyabrın 23-də Moskvada prezident Vladimir Putin, Rəcəb Tayyip Ərdoğan və Fələstin Milli Administrasiyasının başçısı Mahmud Abbasın görüşü olacaq”. Bunu Kremlin mətbuat katibi Dmitri Peskov söyləyib.

“Türkiyə prezidenti Moskvada məscidin açılış törənində iştirak edəcək. Həmçinin, onun prezident Putinlə görüşü də nəzərdə tutulub. Biz Mahmud Abbasın da mərasimdə iştirakını gözləyirik. Onunla Vladimir Putin ayrıca danışıqlar aparacaq”, - deyə Peskov qeyd edib.

***

İlk baxışda belə təəssürat yarana bilər ki, Putin müsəlman dünyasının ən önəmli dövlətlərinin başçılarını Moskvaya dəvət eləməklə “mini-sammit” düzənləyib bir növ Rusiyanın təklənmədiyini göstərmək istəyir, Qərbə hətta güc nümayiş etdirir. Ancaq mübarək Qurban bayramı günlərinə təsadüf edəcək qarşıdakı mərasim və görüşlər, bizcə, ən çox üç ölkənin - Azərbaycan, Türkiyə və Rusiya prezidentlərinin bir araya gəlməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Ona görə ki, şimal qonşumuzun məhz bu iki türk dövləti ilə əlaqələri hazırda ən çox aktuallıq kəsb edir və həssasiyyətə malikdir.

Yada salaq ki, İlham Əliyev, Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında sonuncu dəfə ikili-üçlü formatda təmaslar Bakıda - I Avropa Oyunlarının açılışı çərçivəsində baş tutmuşdu. Ümumiyyətlə, son zamanlar üç paytaxt arasında əlaqələrdə bir dinamizm müşahidə edilir ki, bu da öncəliklə bölgənin taleyinə həlledici təsirə malik yeni təhlükəli proseslərin vüsət alması ilə, qlobal terror təhlükəsinin üç dövlətin sərhədlərinə yaxınlaşması ilə, nəhayət hər üç ölkənin Qərblə münasibətlərinin bu və ya digər dərəcədə problemli fazaya adlaması ilə bağlıdır.

Əlbəttə, Qərblə mürəkkəb münasibətlər Moskvaya Bakı və Ankaraya yaxınlaşmaq üçün fürsət verir və üstünlük yaradır. Ancaq Bakı və Ankara da boşuna rəsmi Kremlə yaxınlaşmaq istəmir, Moskvadan bunun müqabilində konkret dividendlər umur, nəzərə alır ki, bu gün Rusiyaya Azərbaycan və Türkiyə daha çox gərəkdi, nəinki əksinə.

Təbii ki, ikitərəfli qarşılıqlı münasibətlərə aid həllini gözləyən problemlər də qalır. Bu və digər regional, qlobal xarakterli məsələlərin bir daha və effektli müzakirəsi uçun, obrazlı desək, “saatları Kremllə tutuşdurmaq” üçün Moskva təmasları yaxşı platforma rolu oynaya bilərdi - bir şərtlə ki, Moskva “nəsə verməyi” bacarsın və imperiya ambisiyalarını müvəqqəti də olsa, rəfə qoysun.

***
Söz yox ki, qardaş Türkiyənin üzləşdiyi hazırkı qəliz vəziyyətə rəğmən, Ərdoğanın Rusiyaya yollanmaq qərarına gəlməsi Moskva səfərinə verilən önəmdən və konkret gündəlikdən xəbər verir. Yəni söhbət sadəcə, yeni məscidin açılış törəninə qatılmaq kimi bir ayindən getmir - “Allah evi” sadəcə, bir vəsilədir. Kreml və Ankara arasında isə hazırda iki ən mühüm, həllini gözləyən problem var - “Türk axını”nın taleyi və Suriya (Bəşər Əsəd) məsələsində diametral fikir ayrılığı.

Hər ikisi geosiyasi amillərlə yetərincə qəlizləşən məsələlərdir. Hərçənd, ikinci halda - iqtisadi sferada Moskva və Ankaranın əməkdaşlıq və anlaşma potensialı qat-qat böyük görünür. İqtisadi, energetik sahələrdə bağlılıq isə gec-tez siyasi bağlılığa gətirir.

Şübhə yox ki, bu iki məsələdə hansısa pozitiv irəliləyiş və yaxud fikir ortaqlığı Dağlıq Qarabağ probleminin həll perspektivinə, demək, həm də Rusiyanın Azərbaycanla əlaqələrinin gələcəyinə pozitiv təsirini göstərə, yaxud bu əlaqələr üçün daha münbit zəmin yarada bilər. Üç qonşu ölkənin ortaq maraqlarının olduğu da nəzərə alınarsa, prezidentlərin ikitərəfli formatla yanaşı, “üçlü format”da görüşəcəkləri istisna deyil.

Ötən həftə Türkiyənin yeni xarici işlər naziri Firudin Sinirlioğlunun Bakı-Soçi marşrutu üzrə Azərbaycan rəhbərliyi və Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşü bu xüsusda təsadüfi sayıla bilməz və analitiklərə görə, həm də prezidentlərin Moskva görüşünü daha məhsuldar və məzmunlu etməyə yönəlib.

***
Azərbaycanla bağlı da Kremlin iki mühüm gözləntisi var: 1. Azərbaycanın Avrasiya İqtisadi Birliyinə üzvlüyü və 2. Dağlıq Qarabağa Rusiya sülhməramlı qüvvələrinin yerləşdirilməsi.

Bu yerdə yada salaq ki, ABŞ-ın nüfuzlu “Stratfor” analitik mərkəzinin ekspertləri ikinci məsələ ilə bağlı Bakı və Moskvanın az qala, ilkin anlaşma içində olduğunu, Moskvanın Qafqaz siyasətinin artıq dəyişdiyini və tezliklə Dağlıq Qarabağ ətrafında status-kvonun da dəyişəcəyini qeyd ediblər.

Təbii ki, hər iki məsələdə, xüsusən də sülhməramlılar məsələsində Bakı ilə yanaşı, ikinci sırada Ankaranın “dobro”sunu da almaq gərəkdir. Bakının razılığı üçün əsas şərti çoxdan bəllidir - Qarabağ məsələsində real irəliləyiş, erməni işğalçı qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılması. “Türk axını” isə TANAP və TAP-a müəyyən mənada alternativ sayıldığından Türkiyə-Rusiya qaz anlaşması üçün də Ankara istər-istəməz Bakının “xeyir-duası”nı almaq zorundadır.

Sadalanan səbəblərdən təkcə Ermənistan deyil, həm də Qərb və NATO tərəfindən üç paytaxt arasında ikili və üçlü format üzrə növbəti müzakirələrin diqqət və narahatlıqla izlənəcəyi dəqiqdir. Axı söhbət onların da köklü maraqlarına təhlükələrdən gedir.

O ki qaldı, təcavüzkar Ermənistana, heç də pis olmazdı ki, Qurban bayramı günlərində Moskva Ermənistanı nə vaxtsa qurbanlıq edə biləcəyi barədə bir anons edəydi. Türkiyə və Azərbaycanı həmişəlik qazanmaq qarşılığında, bizcə, heç də böyük itki olmazdı.

Siyasət şöbəsi









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Gənc aktyorumuz görün, nə ilə rastlaşdı... - FOTO
Bu gün, 10:35
Şuşadakı milyonluq tenderlərin qalibi məhkəmə qarşısında - Yüksək məbləğdə cərimə gözləyir
Bu gün, 10:30
Prezident İlham Əliyev İrakli Kobaxidzeni təbrik etdi və... BAKIYA DƏVƏT ETDİ
Bu gün, 10:24
Qərb ümid etməsin: Ukrayna bufer-zona olmayacaq - Çalıy
Bu gün, 10:20
Uşaqlar psixoloji və fiziki təzyiqə məruz qalır: Dərs yükü niyə ağırlaşdırılır? - AKTUAL
Bu gün, 10:17
Qazaxıstan BRICS-ə qoşulmaqdan niyə imtina edib? - Səfir DETALLARI AÇIQLADI
Bu gün, 10:06
Sahib Məmmədov "köhnə komanda"nı sürətlə yola salır - AHİK necə dəyişir
Bu gün, 10:03
İcra başçısının oğlu məhkəməyə verildi - BUNA GÖRƏ
Bu gün, 10:01
“Report” İnformasiya Agentliyinin 10 yaşı tamam olur - MÜHÜM XƏBƏR ÜNVANI...
Bu gün, 09:53
"Xəzər RİH bizi yola verir" - Şəhid ailəsini ƏLƏ SALIRLAR?
Bu gün, 09:48
Ukraynaya kimin qalib gələməsi sərfəlidir? - İNCƏLƏMƏ
Bu gün, 09:43
Zirəddin ad çəkdi: ABŞ-ın yeni prezidenti kim olacaq? - İLGİNC
Bu gün, 09:35
İsrail İranın ballistik raket istehsalının mühüm elementini məhv edib - KİV
Bu gün, 09:32
"Məsul qurumların "yarıtmaz" fəaliyyəti araşdırılmalıdır" - Normadan artıq "məsuliyyətsizlik"...
Bu gün, 09:27
O tunel tikiləndə də Adil Vəliyev başçı idi, indi də: Göyüşov isə... - İLGİNC FAKTLAR
Bu gün, 09:24
Kredit ittifaqları kimləri aldadır: Dövləti, yoxsa vətəndaşı? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:05
Vahid kartlar tələbələrə nə vaxt paylanılacaq? - AÇIQLAMA
Bu gün, 09:03
İsrail İranda nələri məhv edib? – Detallar açıqlandı
Bu gün, 09:00
“Gürcü Arzusu” Partiyası 53,5% səslə seçkilərdə liderdir - Gürcüstan MSK
Bu gün, 08:57
İsrail İran ordusunu iflic etdi - Onlara 2 il vaxt lazımdır ki...
Bu gün, 00:18
"Türklərlə kürdlərin bir-birini sevməsi fərzdir" - Baxçalı o açıqlamasından sonra ilk dəfə danışdı
Bu gün, 00:15
Nurəddin Məmmədli AXCP-dən getdi - SƏBƏB
Bu gün, 00:12
İsrail-İran müharibəsi olacaq? - Netanyahu fürsətdən istifadə edir
Dünən, 23:31
Ziya Məmmədov bağ evini satışa çıxardı: - qiyməti…
Dünən, 23:26
Gürcüstan MSK parlament seçkilərinin baş tutduğunu elan edib, “Gürcü Arzusu” irəlidədir
Dünən, 23:24
"Qərb və müttəfiqləri Ermənistan vasitəsilə Azərbaycanı təzyiq altında saxlamaq məqsədi güdür"
Dünən, 19:10
Avropa Parlamentinin “erməni sevgisi”: - “Siyasi riyəkarlığın platforması”
Dünən, 19:02
Yekun sülhdən danışmaq çətindir - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:00
Azad Qaraqoyunlu kəndi ərazisində ağacəkmə aksiyası davam etdirilir - FOTO
Dünən, 18:56
İsrailin növbəti hədəfi Xameneyidir - Şok iddia
Dünən, 16:28
Bakının üç şərti, İrəvanın iki istəyi var: Proses sürətləndi - AKTUAL
Dünən, 16:17
İrana NÖVBƏTİ HÜCUM: - Bu dəfə terrorçular...
Dünən, 16:12
Cəbhədə yeni oyunçular: Çin Ukraynaya qoşun yeridir? - GƏLİŞMƏ
Dünən, 16:09
Bakı aeroportu payız-qış uçuş cədvəlinə keçir - DİQQƏT
Dünən, 16:05
Zaur Mikayılovdan yeni təyinat - ƏMR
Dünən, 15:55
Aİ İsraillə bağlı məsləhətləşmələr aparır - TASS
Dünən, 15:41
"Verilişimə nə Vəfanı, nə də Şəbnəmi çağırmayacağam"
Dünən, 15:21
Bidzina İvanişvili: "Xarici agentura qalib gəlsə, müharibə olacaq" - "Keçmə, namərd körpüsündən"...
Dünən, 15:18
Qapını açmadı, əlil sərnişini döydü - Bakıda avtobus sürücüsü cəzalandırıldı
Dünən, 15:09
Feyziyev indi də Naxçıvanın TENDERXANASINDA... - Talıbovun dövründə oralarda görünməmişdi...
Dünən, 15:07
“Müxalifətin qalib gələcəyi halda Rusiya Gürcüstanı Ukraynaya çevirə bilməyəcək...”
Dünən, 14:59
“Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar “Ağacəkmə aksiyası” keçirilib - FOTO
Dünən, 14:50
94 yaşlı ahıl qadını qapı-qapı gəzdirdilər... - NARAZILIQ VAR...
Dünən, 14:48
Qərb Gürcüstan hökumətinə xəbər göndərib: - “Seçkidən sonra…”
Dünən, 14:32
Azərbaycanla bağlı kritik təmas: - Hakan Fidan açıq danışdı
Dünən, 14:30
Azərbaycanın qarşısında HİNDİSTAN MANEƏSİ - AÇIQLAMA
Dünən, 14:11
Paşinyan hakimiyyəti üçün ciddi risk - İNCƏLƏMƏ
Dünən, 14:02
Avropa Parlamentinin qəbul etdiyi son qətnamə də... bu məqsədə xidmət edir
Dünən, 14:00
Tanınmış aparıcı ailə həyatı qurdu: - “Çox xoşbəxtəm, çünki...”
Dünən, 13:59
Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarıdır - MƏQALƏ
Dünən, 13:50
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru