Əsas Səhifə > Dünya > Ukraynanın AB-yə qovuşması çox çəkəcək

Ukraynanın AB-yə qovuşması çox çəkəcək


4-03-2016, 09:36
Ukraynanın AB-yə qovuşması çox çəkəcək
Ukraynanın Avropa Birliyi və NATO-ya üzv olması, azı, 20-25 il çəkəcək. Bunu Avropa Komissiyasının prezidenti Jean-Claude Juncker martın 3-də deyib. O, Haaqada çıxış edib.

Juncker bunun səbəblərini açıqlamayıb. Nitqində seçiciləri əmin etməyə çalışıb ki, Ukrayna və AB ilə azad ticarət razılaşması bu ölkənin AB-yə tezliklə qovuşması yönündə atılan addım deyil.

Ancaq bu arada AB Ukrayna vətəndaşlarına blok daxilində vizasız səyahət verməyə hazırlaşır, Kiyevə 40 milyard dollarlıq kredit ayırır.

NATO da Ukraynaya həvəsləndirici mesajlar göndərməkdədir. Bu ölkədə hərbi təlimlər keçirməklə Rusiyaya güc nümayiş etdirir.

İstənilən halda, Juncker-in sözləri Ukraynanın Avropaya qovuşmaq ambisiyasının bu tezliklə reallaşmayacağı fikirlərinə yol açır.

Geri qayıt