Əsas Səhifə > Dünya, Güney Press > Suriyanı federal dövlətə çevirmək planı BMT-də

Suriyanı federal dövlətə çevirmək planı BMT-də


11-03-2016, 12:24
Suriyanı federal dövlətə çevirmək planı BMT-də
Suriya münaqişəsinin həlli üzrə danışıqlar prosesinin iştirakçıları BMT vasitəsilə Suriyanı federal dövlətə çevirməyi düşünürlər.

Avropa.info xəbər verir ki, ideyanı Rusiya və Qərb ölkələrinin hakimiyyətləri də dəstəkləyir. Diplomatların sözlərinə görə, Suriyada federativ quruluşun tətbiq olunması vətəndaş müharibəsi ucbatından parçalanmış ölkənin vahidliyini qorumağa kömək edəcək. Eyni zamanda regional muxtariyyətlərə əlavə səlahiyyət veriləcək.

BMT Təhlükəsizlik Şurasındakı mənbə Reutersə bildirib ki, Suriyanın federallaşmasına Qərb və Rusiya razıdır. Təklif artıq BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Staffan de Misturaya verilib. Mənbə bildirir ki, federal sistemin müxtəlif variantları gözdən keçirilir. Bunlardan biri də zəif mərkəz, güclü muxtariyyətlər variantıdır. Planın BMT-dəki digər bir mənbədən də təsdiqləndiyi bildirilir.

Xatırladaq ki, Suriyanın federallaşma sistemindən daha əvvəl de Mistura danışmışdı. Bəşər Əsəd də bu ideyanın varlığını istisna etməyib. Əsədin deməsinə görə, suriyalılar arasında dialoqun yaradılması naminə konstitusiyaya dəyişikliyinə getmək vacibdir.

Səudiyyə Ərəbistanı maraqlarını müdafiə edən müxalifət üzvü, sabiq baş nazir Riyad Hicab isə federallaşma ideyasını qəbuledilməz sayır.

Qeyd edək ki, Suriya vətəndaş müharibəsinin sülh yolu ilə tənzimlənməsi ilə bağlı danışıqların növbəti raundu 14-23 mart tarixlərində Cenevrədə keçiriləcək. Cenevrədə seçkilərin keçirilməsi, yeni konstitusiyanın qəbulu və yeni hökumətlərin formalaşdırılması məsələləri müzakirə olunacaq.


Geri qayıt