Əsas Səhifə > Dünya > Poroşenko Ukrayna yığmasının futbolçularına silah hədiyyə edib
Poroşenko Ukrayna yığmasının futbolçularına silah hədiyyə edib24-03-2016, 10:18 |
FaktXeber.com-un verdiyi məlumata görə, Ukrayna prezidenti Pyotr Poroşenko ölkənin futbol yığmasının 9 oyunçusunu silahla mükafatlandırıb. Avro 2016-nın final oyununa çıxdığı üçün komandanın baş məşqçisi və Ukrayna Futbol Federasiyasının rəhbəri də analoji hədiyyədən alıblar. Prezidentin uyğun fərmanı 2015-ci ilin 21 noyabrı tarixində verilsə də, dünən Ukrayna KİV-lərinin sorğusuna cavab olaraq dərc olunub. Qeyd edək ki, noyabrın 22-də Poroşenkonun rəsmi saytında prezidentin futbolçularla görüşü barədə məlumat verilmişdi və bildirilmişdi ki, dövlət başçısı komandanı «xatirə hədiyyələri» ilə mükafatlandırıb. Fevralın ortasında isə ölkənin müdafiə nazirinin bir sıra siyasətçilərə hədiyyəlik silahlar verməsi ilə əlaqədar böyük qalmaqal yaranmışdı. Qeyd edək ki, Arseniy Yasenyuk «qanqsterləri sevimlisi» Tompsonun pistolet pulemyotunu və onun üçün 203 patronu almışdı. Yeri gəlmişkən, cari ilin 10 iyun-10 iyul tarixlərində Fransada keçiriləcək turnirin final qrup mərhələsində Ukrayna yığması Almaniya, Polşa və Şimali İrlandiya komandaları ilə görüşəcək. Geri qayıt |