Əsas Səhifə > Dünya > Obama Ərdoğanla görüşdən imtina etdi
Obama Ərdoğanla görüşdən imtina etdi28-03-2016, 13:16 |
ABŞ prezidenti Barak Obama Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın Merilend ştatında məscid aşılısına birgə qatılmaq barədə təklifini qəbul etməyib. Bu barədə AzVision.az “Wall Street Journal”-a istinadən xəbər verir. Prezidentlərin ABŞ-da keçiriləcək Nüvə Təhlükəsizliyi sammiti çərçivəsində də görüşünün baş tutması gözlənilmir. Obamanın əvəzinə Ərdoğan ABŞ vitse-prezidenti Co baydenlə görüşəcək. Qeyd edək ki, Nüvə təhlükəsizliyi üzrə Beynəlxalq Sammit 31 mart – 1 aprel tarixlərində ABŞ-ın paytaxtı Vaşinqtonda Sərgi Mərkəzində keçiriləcək. Sammitdə Azərbaycan prezidenti İlham Əliyev də iştirak edəcək. Geri qayıt |