Əsas Səhifə > Dünya, Güney Press > ABŞ Rusiyaya etiraz edir

ABŞ Rusiyaya etiraz edir


22-04-2016, 08:32
ABŞ Rusiyaya etiraz edir
Birləşmiş Ştatlar Rusiyanı Krım Tatar Məclisini buraxmaq qərarını ləğv etməyə çağırıb.

Rusiya məclisi “ekstremist” təşkilat adlandıraraq ləğv etmişdi.

“Ukraynada tatarların fəaliyyətinə Rusiya qanunvericiliyi tətbiq oluna bilməz, Rusiya hakimiyyətinin buna əsası, yurisdiksiyası yoxdur”, Dövlət Departamentinin sözçüsü John Kirby aprelin 21-də deyib.

Rusiya Ədliyyə Nazirliyi tatar məclisinin ləğvi barədə qərarı aprelin 18-də çıxarıb. Məclisin dövlət mediasından istifadəsi, toplantılar keçirməsi, seçkilərdə iştirakı qadağan olunub.

Krım tatarları Rusiyanın yarımadanı ilhaqına qarşı çıxırdı.

Kirby bir daha Rusiyanı çağırıb ki, Krımın işğalına son qoysun və əraziyə nəzarəti Ukraynaya qaytarsın. “İşğal davam etdikcə Krımla bağlı sanksiyalar da qalacaq”, o bildirib.

Geri qayıt