Əsas Səhifə > Dünya, Güney Press > Krım Tatar Məclisi “ektremist” sayıldı

Krım Tatar Məclisi “ektremist” sayıldı


27-04-2016, 08:35
Krım Tatar Məclisi “ektremist” sayıldı
Rusiyanın anneksiya etdiyi Krım vilayət məhkəməsi tatar azlığını təmsil edən məclisi “ekstremist təşkilat” adlandırıb və qadağan edib. Qərar aprelin 26-da çıxarılıb.

Rusiya Ədliyyə Nazirliyi ötən həftə bildirmişdi ki, Məclis ekstremist fəaliyyətlə məşğul olduğu iddia edilən mülki və dini təşkilatlar siyahısına salınıb.

Tatarların əksəriyyəti Ukraynanın bu regionunu Rusiyanın ilhaqına qarşı çıxırdı.

Krımın 2.5 milyonluq əhalisinin 12 faizini təşkil edən tatarlar Rusiyanın işğalından sonra yarımadanı tərk edir.

Rusiyanın regiondakı prokuroru Natalya Poklonskaya TASS agentliyinə deyib ki, Məclisin Krımda hər hansı fəaliyyəti qanunsuz sayılacaq.

Məclisin sədri Refat Chubarov Kiyevdə jurnalistlərə bildirib ki, şura və digər əlaqədar qurumlar fəaliyyətini Kiyevdə davam etdirəcək.

Geri qayıt