Əsas Səhifə > Dünya > Hələbdə atəşkəs 2 gün uzadıldı
Hələbdə atəşkəs 2 gün uzadıldı10-05-2016, 09:03 |
Suriya ordusu bildirir ki, Hələb şəhərində və ətraf kəndlərdə atəşkəs mayın 10-dan başlayaraq 48 saat uzadılıb. Bu açıqlama mayın 9-da axşam, 5 günlük atəşkəsin bitməsinə az qalmış verilib. Son həftələr Hələbdə hökumət qüvvələri ilə üsyançılar arasında döyüşlər şiddətlənib. Cenevrədə BMT-nin vasitəçiliyi ilə keçirilən sülh danışıqlarında da fasilə yaranıb. Aprelin 29-dan bəri qısa müddətli atəşkəslər elan olunsa da, Hələbdə döyüşlər davam edib. Son günlərin atəşkəsi bu şəhəri də əhatələyib. Geri qayıt |