Əsas Səhifə > Dünya > İŞİD İraq ərazisinin 14 faizini tutub

İŞİD İraq ərazisinin 14 faizini tutub


12-05-2016, 10:14
İŞİD İraq ərazisinin 14 faizini tutub
İraq deyir ki, İslam Dövləti (İŞİD) silahlı qruplaşmasının tutduğu ərazinin üçdə ikisini geri ala bilib.

Vaxtilə İraq torpaqlarının 40 faizi İŞİD-in əlində idisə, indi cəmi 14 faizi qalıb, bunu hökumətin sözçüsü Saad al-Hadithi mayın 11-də deyib.

Ötən ay ABŞ Dövlət katibi John Kerry deyirdi ki, İŞİD İraqda tutduğu ərazinin 44 faizini itirib.

Keçən il İraq ordusu peşmərgə qüvvələri, şiə və sünni döyüşçülərlə birlikdə Ramadi, Tikrit və Bəici şəhərlərini yenidən ələ keçirib. Onları ABŞ koalisiyası dəstəkləyib.

Geri qayıt