Əsas Səhifə > Dünya > Ermənistanda etirazçılar ölkə prezidentinin "bağı"na girmək istəyiblər
Ermənistanda etirazçılar ölkə prezidentinin "bağı"na girmək istəyiblər14-05-2016, 09:16 |
İrəvanda etiraz aksiyası iştirakçıları Ermənistan prezidenti Serj Sarqsyanın "bağı" kimi məşhur olan əraziyə keçmək istəyiblər, lakin polis onların yolunu kəsib. "Report" "Kavkazski uzel"ə istinadən xəbər verir ki, hakimiyyət orqanları "Biz - ölkənin sahibiyik!" təşəbbüs qrupu aksiyasının keçirildiyi yerə polis və xüsusi təyinatlılar cəlb edib. Aksiya iştirakçıları müdafiə və xarici işlər nazirlərinin istefasını tələb ediblər, oliqarxlardan büdcəyə transaksiyaların edilməsini, həmçinin Dağlıq Qarabağ ərazisinə sülhməramlıların yerləşdirilməsindən imtina etməyə çağırıblar. Mitinqçilər Baqramyan prospektindən ölkə rəhbərliyi üçün nəzərdə tutulan malikanələrə - hökumət bağları adlanan əraziyə girişin yerləşdiyi Proşyan və Demirçyan küçələrinin kəsişməsinə qədər irəliləyiblər. Polislər nümayişçiləri müşayiət ediblər, lakin sonra onların yolunu kəsiblər. Aksiya iştirakçıları Sarqsyanın onların qarşısına çıxaraq tələblərini dinləməsi üçün 15 dəqiqə vaxt veriblər. Prezident fəalların qarşısına çıxmayıb və onlar asayiş keşikçilərinin müşayiəti altında Azadlıq meydanına doğru yürüş ediblər. Geri qayıt |