Əsas Səhifə > Dünya > Əfqanıstandakı soydaşlarımız üsyana hazırlaşır

Əfqanıstandakı soydaşlarımız üsyana hazırlaşır


16-05-2016, 08:54
Əfqanıstandakı soydaşlarımız üsyana hazırlaşır
Mayın 16-da Əfqanıstan paytaxtı Kabildə etnik xəzərlərin elektrik enerjisi layihəsinə etiraz aksiyası gözlənir.

Polis etirazçıların prezident sarayına yaxınlaşmasını önləmək üçün əsas yolları bağlayıb.

Xəzər liderləri tələb edirlər ki, bir neçə milyardlıq, 500 kilovoltluq Türkmənistan-Kabil ötürücü xətt mərkəzi Bamiyan vilayətindən keçsin. Bu vilayətin əhalisi əsasən xəzərlərdən ibarətdir.

Xətt, ilkin olaraq, Bamiyadan keçəcəkdi, ancaq hökumət sonradan onun yolunu dəyişdirdi, Kabilin şimalına, Salanqa yönəltdi, bununla marşrutun qısaldığını, milyonlarla dollara qənaət edildiyini bildirdi.

Bu xətt 10 vilayətə elektrik enerjisi verəcək, TUTAP layihəsinin bir hissəsidir. TUTAP – Türkmənistan, Özbəkistan, Tacikistan, Əfqanıstan və Pakistanı birləşdirir.

Geri qayıt