Əsas Səhifə > Dünya > Neft hasil edən ölkələr hansı qərara gəldilər?
Neft hasil edən ölkələr hansı qərara gəldilər?4-06-2016, 08:28 |
Neft ixrac edən ölkələrin təşkilatı OPEK-in Vyana toplantısı uğursuzluqla nəticələndi. Qətər görüşündə olduğu kimi bu dəfə üzv ölkələr hasilatı dondurmaqla bağlı yekdil razılığa gəlməyiblər. ANS PRESS-in "Guardian"a istinadən verdiyi məlumata görə, görüşdən sonra ilk reaksiya Səudiyyə Ərəbistanı hökumətindən gəlib. Ölkənin enerji naziri Xalid əl-Falih əldə olunan nəticələrin heç də təəccüb doğurmadığını deyib. Nazir uğursuzluğa baxmayaraq, Səudiyyə Ərəbistanı hökumətinin neft bazarı hövzəsini əlavə barellərlə daşırmayacağını da qeyd edib. “Vəziyyətə müaliyim yanaşacağıq, bazarda heç bir şok təsiri yaratmaq istəmirik. Səudiyyə Ərəbistanının neft bazarı hövzəsini daşıracağı barədə ehtimalların yaranmasına heç bir səbəb yoxdur”, - deyə nazir Xalid əl-Falih fikrini yekunlaşdırıb. İran isə, neft hasilatını tədricən artırmaq fikrində hələ ki, qərarlıq nümayiş etdirir. İranın neft naziri Bican Zəngane rəsmi ər-Riyadı neft hasilatını qeyri-ənənəvi halda minimum səviyyədə saxlamasını tənqid edib. Geri qayıt |