Əsas Səhifə > Dünya > Amerika öz müttəfiqini BOMBALADI
Amerika öz müttəfiqini BOMBALADI11-06-2016, 09:40 |
May ayının sonlarında ABŞ Hərbi Hava Qüvvələrinin təyyarələri Suriyada İŞİD əvəzinə səhvən müxalifətin mövqelərini bombalayıb. Modern.az saytının “The Wall Street Journal ” nəşrinə istinadən verdiyi məlumata görə, bombardman nəticəsində bir neçə müxalif döyüşçü ölüb. Hücumdan sonra Pentaqon bəyan etmişdi ki, İŞİD-in iki mühüm obyekti məhv edilib. “The Wall Street Journal” isə iddia edir ki, əslində “Mütasim briqadaları” adlı Suriya hökumətinə müxalif dəstə zərbəyə tuş gəlib. Onlara İŞİD-ə qarşı mübarizə aparmaq üçün Amerika hərbçiləri tərəfindən təlimlər keçirildiyi bildirilir. Silahlı dəstənin adı açıqlanmayan nümayəndəsi bildirib ki, səhv nəticəsində onların 10-dan çox döyüşçüsü həlak olub. Geri qayıt |