Əsas Səhifə > Dünya > Qazaxıstanda terror törədənlərə təlimat Suriyadan verilibmiş

Qazaxıstanda terror törədənlərə təlimat Suriyadan verilibmiş


14-06-2016, 11:18
Qazaxıstanda terror törədənlərə təlimat Suriyadan verilibmiş
Aktobedə terror törədənlər Suriya ərazisindən təlimat alıb.

Virtualaz.org RİA Novosti-yə istinadən bildirir ki, bunu Qazaxıstan DİN rəhbəri Kalmuxanbet Kasımov deyib.

"Təbii ki, onlar hazırlaşmışdılar... təşkilatçılar... belə hesab edirəm ki, Suriyadandılar. Düşünürəm ki, istintaq sonda bunu sübut edəcək", - deyə nazir bildirib.

Xatırladaq ki, ondan əvvəl Qazaxıstan prezidenti Nursultan Nazarbayev bəyan etmişdi ki, Aktobe şəhərində iyunun 5-də silah mağazaları və hərbi hissəyə hücum edənlər sələfilər olub.

Geri qayıt