Əsas Səhifə > Dünya > Türkiyə-Suriya sərhədində gərginlik artır
Türkiyə-Suriya sərhədində gərginlik artır28-06-2016, 08:34 |
"Nüsra cəbhəsi" terror qruplaşması üzvləri Suriya-Türkiyə sərhəddinə yaxınlaşıb. Suriyanın Hələb əyalətindəki sakinlər onların ağır silahlarla gəldiklərini xəbər veriblər. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu haqda Rusiyanın Suriyadakı Barışıq Mərkəzinin informasiya bülletenində bildirilir. "Hələb əyalətinin Hraytan və Kəfr-Həmra yaşayış məntəqələri sakinlərinin məlumatına görə, "Cəbhət ən-Nüsra" terror qruplaşmasının ağır silahlarla Suriya-Türkiyə sərhədi ərazisinə gəlişi qeydə alınıb", — deyə Rusiya Müdafiə Nazirliyinin saytında dərc olunan mətndə qeyd olunur. Sənəddə bildirilir ki, "Nüsra cəbhəsi" yaraqlıları yaylım atəşi sistemləri və minaatanlardan Əl-Hader, Kudehi və Xandrat yaşayış məntəqələrini, həmçinin Hələb şəhərində Şeyx-Maksud, Əz-Zaqra və Məddafi təpələri ərazisini atəşə tutublar. Terrorçular, o cümlədən İdlib əyalətində Fuaa yaşayış məntəqəsini və Dəməşq əyalətində Huteyta əl-Caraş, Hauş-Harabu, Caraş, Şurxun və Blelie yaşayış məntəqələrini və Meyda qəsəbəsi yaxınlığından keçən dəmiryol körpüsünü atəşə məruz qoyublar. Geri qayıt |