Əsas Səhifə > Dünya > AB itkiləri bərpa edir

AB itkiləri bərpa edir


29-06-2016, 08:44
AB itkiləri bərpa edir
İyunun 28-də dünyanın səhm bazarları Britaniyanın Avropa Birliyindən çıxmaqla bağlı qərarından sonra verdiyi 3 trilyon dollarlıq itkinin bir hissəsini bərpa edib. Avropa Mərkəzi Bankının rəhbəri itkinin gözlənildiyi kimi böyük olmamasından rahatlandığını bildirib.

Mario Draghi Brüsseldə AB sammitində liderlərə söyləyib ki, Brexit-in vurduğu maliyyə ziyanı hələlik idarəolunan səviyyədədir. Bunu AB Şurasının Prezidenti Donald Tusk bildirib.

“Prezident Mario Draghi bu gecə çox aydın danışdı... mənfi təsirlər Brexit-dən əvvəl gözlədiyimizdən daha az mənfidir”, Tusk deyib.

Ancaq Draghi AB liderlərinə onu da deyib ki, Britaniyanın qurumdan çıxmasıyla gələn üç il ərzində avrozonadakı artım 0.3-0.5 faiz azala bilər.

İyunun 28-də bütün dünyada səhmlər son 3 gündə ilk dəfə olaraq artıb. Məzənnəsi düşmüş funt sterlinq və avro da yüngülcə qalxıb.

Geri qayıt