Əsas Səhifə > Dünya > Türkiyədə Amerikanın ağzının ovulması İranda təqdir olunub

Türkiyədə Amerikanın ağzının ovulması İranda təqdir olunub


19-07-2016, 08:58
Türkiyədə Amerikanın ağzının ovulması İranda təqdir olunub
İran Prezidenti Hassan Rohani deyir ki, türkiyəli həmkarı Recep Tayyip Erdogan-la danışıb və onu Türkiyədə sabitlik yaratdığına görə alqışlayıb.

“Dost Türkiyədə sabitliyin bərpasından məmnunuq”, Rohani rəsmi IRNA agentliyinə deyib. “Türkiyədə sülh və sabitlik bütün regionda sülh və təhlükəsizliyin təkmilləşməsinə aparacaq”.

Rohani söyləyib ki, Erdogan iyulun 16-da prezidentliyinə dövlət çevrilişi cəhdini yatırandan Tehran qonşu Türkiyədəki hadisələri diqqətlə izləyib.

İran lideri çevriliş cəhdini “yerli və xarici dostları və düşmənləri ayırd etməyə sınaq” adlandırıb.

O, sözlərinə əlavə edib ki, İran “Türkiyə hökuməti və xalqının yanında duracaq”.

IRNA-nın yazdığına görə, Erdogan deyib ki, “durum normallaşır, ancaq hər şeyin bitdiyini söyləməyə tezdir”.

Geri qayıt