Əsas Səhifə > Dünya > Moskva Suriya ilə əlaqədar Tramp komandası ilə münasibətlərə başlandığını bəyan etdi

Moskva Suriya ilə əlaqədar Tramp komandası ilə münasibətlərə başlandığını bəyan etdi


18-11-2016, 09:27
Moskva Suriya ilə əlaqədar Tramp komandası ilə münasibətlərə başlandığını bəyan etdi
Rusiya –Amerika əlaqələrində dönüş nöqtəsi yaranıb. FaktXəbər-in RBK-ya istinadla verdiyi məlumata görə, bu barədə RF XİN müavini Mixail Boqdanov bəyan edib. Onun sözlərinə görə, Moskva ABŞ-ın seçilmiş prezidenti Donald Trampın komandasına daxil olacaq insanlarla münasibətlərə başlayır.

Boqdanov əlavə edib ki, ABŞ-ın gələcək administrasiyasında Suriya münaqişəsinin həlli yoluna yeni yanaşmaları görmək istəyir.

«Ümidvarıq ki, gedən və gələn administrasiya Rusiyasız Suriya probleminin həllinin mümkünsüz olduğu yönümdə çıxış edəcək, açıq dialoqa hazır olacaq», - deyə diplomat əlavə edib.

Ötən həftə noyabrın 10-da RF XİN-i ilk dəfə etiraf elədi ki, Trampın komandası ilə hələ seçkilərdən öncə əlaqə yaradıblar.

Geri qayıt