Əsas Səhifə > Dünya > İsrail Dəməşqdə Əsədə ağır zərbələr endirdi
İsrail Dəməşqdə Əsədə ağır zərbələr endirdi30-11-2016, 09:26 |
İsrail Müdafiə Ordusunun (TSAXAL) Hərbi Hava Qüvvələri Dəməşqdə hərəkət edən yüklə dolu avtomobil karvanına, həmçinin Bəşar Əsəd silahlılarının Suriyanın paytaxtındakı mövqelərinə havadan zərbələr endirib. AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir ki, hücum noyabrın 30-da həyata keçirilib. Avtomobil karvanının Livandakı Hizbullah qruplaşmasına silah-sursat daşıdığı ehtimal edilir. Hava zərbələri pilotsuz uçuş aparatları vasitəsi ilə endirilib. Hücum nəticəsində xəsarət alan və həyatını itirənlər barədə məlumat yoxdur. Geri qayıt |