Əsas Səhifə > Dünya > Başqırd dilinə dəstək aksiyaları keçirilir
Başqırd dilinə dəstək aksiyaları keçirilir15-11-2017, 09:39 |
Noyabrın 14-də Rusiyanın Başqırdıstan regionunda onlarla fəal aksiyaya çıxaraq məktəblərdə məcburi başqırd dili dərslərinin davam etdirilməsini istəyiblər. Regionun paytaxtı Ufada 20 fəal “Başqırdıstan Konstitusiyasını pozmayın”, “Başqırd dövlət dilindən əlinizi çəkin”, “Dilin olmaması millətin yoxluğu deməkdir” şüarlarını qaldırıblar. Aksiyanın keçirildiyi gün Moskvadan komissiya gözlənirdi, Başqırdıstan məktəblərində şagirdlərin başqırd dilini öyrənməyə məcbur edilib-edilməməsi araşdırılacaqdı. Rusiya prezidenti Vladimir Putin iyulda deyib ki, milli azlıqların yaşadıqları regionlarda etnik ruslar yerli dilləri öyrənməyə məcbur edilir, kimisə ana dili olmayan dili öyrənməyə məcbur etmək yolverilməzdir. Putin həm də Rusiyanın etnik respublikalarında rus dilinin tədris saatlarının azaldılmasından narazılığını bildirib. Bu bəyanatdan sonra “etnik” regionlarda rusdilli valideynlər ruscadan başqa digər dillərin məcburi tədrisini ləğvini tələb ediblər. Tatarıstanda aksiyalardan sonra noyabrın 8-də elan olunub, tatar dili dərsləri məcburi qalacaq, amma həftədə səkkiz saatdan iki saata salınacaq. Geri qayıt |