Əsas Səhifə > Dünya > “PKK/PYD-yə hücum edəni kimliyindən asılı olmayaraq vurarıq”
“PKK/PYD-yə hücum edəni kimliyindən asılı olmayaraq vurarıq”15-11-2017, 11:51 |
Bağdaddan vide konfrans vasitəsilə jurnalistlərin suallarına cavab verən anti-İŞİD koalisiyasının mətbuat katibi polkovnik Rayan Dillon Türkiyənin Afrinə qarşı əməliyyata başlayacağı təqdirdə PYD-ni qoruyacaqlarını deyib. Avropa.info xəbər verir ki, jurnalistlər Dillona Türk təhlükəsizlik qüvvələrinin Afrindəki PKK/YPG qüvvələrinin vurmasına dair iddialara cavab istəyiblər. Dillon isə bu iddiaları təsdiqləyəcək heç bir sübutun oldmadığını qeyd edib. Ancaq Dillon koalisiyanın öz müttəfiqlərini İŞİD xaricində hücumlara qarşı qorumaq məsuliyyəti daşıdığını qeyd edib. “Koalisiyanın kürdlər kimi İŞİD-ə qarşı əməliyyatlara qoşulmuş yerli qüvvələri qorumaq kimi məsuliyyəti varmı?” sualına Dillon belə cavab verib: “Bəli, olduğunu deyə bilərəm. Bunu daha əvvəl də müxtəlif vasitələrlə göstərdik və sübut etdik. Lazım gələrsə SDG (PKK/YPD) çətiri altında olan hər kəsi: ərəblər, kürdlər, yezidilər və xristianları dəstəkləyər və qoruyarıq”. Dillon İŞİD ilə mübarizə aparan ortaqlarına hücum edəni kimliyindən asılı olmayaraq vurmaqla təhdid edib. Geri qayıt |