Əsas Səhifə > Dünya, Güney Press > Kennedinin ölümündə şok detal
Kennedinin ölümündə şok detal20-11-2017, 08:49 |
ABŞ-ın 35-ci prezidenti Con Kennedinin ölümündə əsas şübhəli Li Harvi Osvaldı güllələyən Cek Rubi təşkil olunan sui-qəsddən qabaqcadan xəbərdar ola bilərdi. Axar.az xəbər verir ki, bu barədə ABŞ Milli Arxivinin sənədlərində qeyd olunub. Virciniya Universitetindən olan politoloq Larri Sabato FTB-nin əməkdaşı Bob Vanderslaysın ifadəsinə diqqət çəkib. Vanderslays bildirib ki, Kennedinin ölümündən bir neçə saat əvvəl Cek Rubi onunla əlaqəyə girərək atəşfəşanlığa tamaşa etmək üçün prezident paradına getməyi təklif edib. “Atışma başlayanda o, Cek Rubi ilə birlikdə olub. Silah səsləri eşidildikdən sonra Rubi dərhal “Dallas Morninq Nyus”un binasına tərəf istiqamətlənib”, - sənədlərdə deyilib. Vanderslaysın sözlərinə görə, prezidentə qarşı sui-qəsdə qədər onlar Rubi ilə demək olar ki, tanış olmayıblar. Bu məlumatları o, istintaqa yalnız Kennedinin ölümündən 14 il sonra, 1977-ci ilin aprelində verib. Xatırladaq ki, Con Kennedi Dallasda 22 noyabr 1963-cü ildə öldürülüb. Geri qayıt |