Əsas Səhifə > Dünya > Şimal İraq Kürd Muxtariyyəti referendumun nəticələrini ləğv etməyə hazırlaşır
Şimal İraq Kürd Muxtariyyəti referendumun nəticələrini ləğv etməyə hazırlaşır20-11-2017, 09:51 |
Şimal İraq Kürd Muxtariyyəti müstəqilliklə bağlı referendumun nəticələrini ləğv etməyə hazırlaşır. SalamNews “Fars” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə muxtariyyət hakimiyyətində vacib postlardan birini tutan mənbə məlumat verib. Mənbənin verdiyi məlumata görə, muxtariyyətin baş naziri Neçrivan Bərzani Bağdaddan muxtariyyətə büdcə ayrılması və Şimali İraqa yönəlik hərbi əməliyyat keçirilməməsi yönündə zəmanət almaq şərti ilə nəticələri ləğv etməyə hazırdır. O, həmçinin bildirib ki, bu məqsədlə kürd lider yaxın vaxtlarda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək. Onun sözlərinə görə, Türkiyə prezidenti və İraq baş naziri Haydar İbadinin iştirakı ilə üçtərəfli görüş keçirilə bilər. Geri qayıt |