Əsas Səhifə > Dünya > Ərdoğan Putin və Ruhaniyə 3 şərt irəli sürüb

Ərdoğan Putin və Ruhaniyə 3 şərt irəli sürüb


22-11-2017, 10:35
Ərdoğan Putin və Ruhaniyə 3 şərt irəli sürüb
FaktXəbər-in verdiyi məlumata görə, Rusiya prezidenti Vladimir Putin, Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan və İran İslam Respublikasının prezidenti Həsən Ruhani Soçi şəhərində bu gün bir araya gələcəklər. Prezidentlərin görüşü ərəfəsində Rəcəb Tayyib Ərdoğan Suriya probleminin həlli ilə bağlı 3 şərt irəli sürüb.

Ərdoğanın Putin və Ruhani qarşısında irəli sürdüyü şərtlər bunlardır: 1.Bütün tərəflər terror təşkilatlarını Suriyanın ərazi bütövlüyü üçün təhdid saymalı və onlara qanuni tərəf kimi qəbul etməməlidir. 2.Türkiyənin təhlükəsizliyi üçün Suriyanın şimalı terrorçu ünsürlərdən təmizlənməlidir. 3.Suriyanın gələcəyi mövzusunda müxalifətin fikirləri də nəzərə alınmalıdır.

Geri qayıt