Əsas Səhifə > Dünya > Türkiyə Fətullah Gülənin ekstradisiyası üçün ABŞ-a 7 sorğu göndərib
Türkiyə Fətullah Gülənin ekstradisiyası üçün ABŞ-a 7 sorğu göndərib24-11-2017, 08:33 |
Ankara FETÖ terror təşkilatının lideri Fətullah Gülənin ekstradisiyası tələbi ilə ABŞ-a 7 sorğu göndərib. "Report" "Anadolu"ya istinadən xəbər verir ki, bunu Türkiyənin ədliyyə naziri Əbdülhəmid Gül bildirib. Nazirin sözlərinə görə, 3 noyabr 2017-ci il tarixindən ABŞ-a onun təhvil verilməsi ilə bağlı yeddi sorğu və müvəqqəti həbsinə dair ayrı bir sorğu ünvanlanıb. O əlavə edib ki, bununla yanaşı Türkiyədə Gülənə qarşı məhkəmə prosesi davam etdirilir. Geri qayıt |