Əsas Səhifə > Dünya > Rusiyanı günahlandıraraq, demokratlar seçkilərdə məğlubiyyətlərinə haqq qazandırırlar

Rusiyanı günahlandıraraq, demokratlar seçkilərdə məğlubiyyətlərinə haqq qazandırırlar


27-11-2017, 08:32
Rusiyanı günahlandıraraq, demokratlar seçkilərdə məğlubiyyətlərinə haqq qazandırırlar
Rusiyanın ehtimal olunan seçkilərə müdaxiləsini, ABŞ-ın Demokratik partiyası 2016-cı ilin seçkilərində məğlubiyyətlərinə haqq qazandırmaq üçün uydurublar.

Trend-in məlumatına görə, bu barədə ABŞ prezidenti Donald Tramp öz "Twitter" səhifəsində yazıb.

Yazıda deyilir: "Mənim hakimiyyətə gəldiyim gündən bütün eşitdiyiniz - demokratların seçkilərdə məğlubiyyətlərinə haqq qazandırmaq üçün uydurduqları bəraətdir: Rusiya, Rusiya, Rusiya. Buna baxmayaraq, mən ölkə iqtisadiyyatında canlanmanı təmin etmişəm və 10 ay ərzində keçmiş prezidentlərdən daha çox iş görmüşəm. Amerikanı yenə ulu edək".

Geri qayıt