Əsas Səhifə > Dünya > Türkiyənin baş naziri Qüdslə bağlı Donald Trampa xəbərdarlıq edib

Türkiyənin baş naziri Qüdslə bağlı Donald Trampa xəbərdarlıq edib


6-12-2017, 10:33
Türkiyənin baş naziri Qüdslə bağlı Donald Trampa xəbərdarlıq edib
“ABŞ prezidenti Donald Tramp ölkəsinin səfirliyini İsrailin paytaxtı Təl-Əvivdən Qüdsə köçürülməsi ilə bağlı qərar qəbul edərsə, bu, dinlərarası yeni silahlı münaqişəyə səbəb olar”.
“Report” “Haber7”yə istinadən xəbər verir ki, bunu Türkiyənin baş naziri Binəli Yıldırım ABŞ prezidentinin dekabrın 6-da Qüdsü İsrailin paytaxtı kimi tanıyacağı ilə bağlı açıqlamasına münasibət bildirərkən deyib.
Hazırda Cənubi Koreyada səfərdə olan B.Yıldırım qeyd edib ki, D.Trampın Qüdsün hüquqi statusunu dəyişdirəcəyi ilə bağlı gözlənilən qərarı bu gün üçün həssas məsələdir: “Bu, eyni zamanda hüququdankənar bir qərardır. Qüds İslam dünyası üçün müqəddəs bir şəhərdir. Biz Donald Trampın bu şəhərlə bağlı qərarına təcili olaraq, yenidən baxmasını istəyirik. Yanlış qərarlar düzəldiləsi mümkün olmayan nəticələr doğuracaq”.
Türkiyənin baş naziri hesab edir ki, bu məsələnin yeganə həll yolu İsrailin 1960-cı illərin sərhədlərinə, Fələstinə aid Şərqi Qüdsdən çəkilməsidir: “ABŞ səfirliyini Qüdsə köçürmək niyyətində olduğunu bildirir və ya İsrailin paytaxtı olaraq Qüdsü tanıması ehtimalından bəhs edir. Hər iki halda bu, açığı hüquqdankənar bir qərar olacaq. Bölgədəki mövcud problemlərin həllini daha çıxılmaz vəziyyətə salacaq. Ona görə də nə qədər ki gec deyil və nə qədər ki yol yaxındır Donald Tramp qərarına yenidən baxmalıdır. ABŞ prezidentinin bununla bağlı açıqlama verməməsi bölgənin gələcəyi, eləcə də dünyada barışın, sülühün bərqərar olması baxımından həyati əhəmiyətə malikdir”.
Qeyd edək ki, ötən gecə ABŞ prezidenti Donald Tramp İsrail, İordaniya, Fələstin, Misir və Səudiyyə Ərəbistanı rəhbərliyi ilə müzakirə aparıb. O, Yaxın Şərq ölkələrinin liderlərinə deyib ki, dekabrın 6-da Qüdsü İsrailin paytaxtı kimi tanıya bilər.

Geri qayıt