Əsas Səhifə > Dünya > Avropa Komissiyası qaçqın qəbulundan imtinaya görə Macarıstan, Polşa və Çexiyanı məhkəməyə verəcək
Avropa Komissiyası qaçqın qəbulundan imtinaya görə Macarıstan, Polşa və Çexiyanı məhkəməyə verəcək7-12-2017, 08:40 |
Avropa Komissiyası (AK) Avropa İttifaqı (Aİ) kvotası üzrə qaçqınların İtaliya və Yunanıstandan köçürülməsinə dair 2015-ci il qərarının yerinə yetirilməməsinə görə Macarıstan, Polşa və Çexiyanı Avropa Məhkəməsinə vermək üçün qərar hazırlayır. “Report” xəbər verir ki, bu barədə "Euobserver" məlumat yayıb. Avropa Komissiyası tərəfindən bu barədə qərarın dekabrın 7-də qəbul olunacağı gözlənilir. Bildirilir ki, bu üç ölkə Aİ kvotası üzrə ümumiyyətlə qaçqın qəbul etməyib və bundan imtina edir. Kvotalar coğrafi mövqeyinə görə silahlı münaqişələrin baş verdiyi Suriya və digər ölkələrdən gələn miqrantların əksər hissəsini qəbul edən İtaliya və Yunanıstanın vəziyyətini yüngülləşdirməli idi. Öz növbəsində, Avropa Məhkəməsi Aİ qanunlarına riayət etməyən üzv ölkə hökumətlərinə qarşı cərimə tətbiq etmək hüququna malikdir. Geri qayıt |