Əsas Səhifə > Dünya > Həbs olunan Saakaşvili aclıq aksiyasına başlayıb

Həbs olunan Saakaşvili aclıq aksiyasına başlayıb


9-12-2017, 10:12
Həbs olunan Saakaşvili aclıq aksiyasına başlayıb
FaktXəbər-in verdiyi məlumata görə, Ukraynanın paytaxtı Kiyev şəhərində həbs olunan Mixail Saakaşvili müddətsiz aclıq aksiyasına başlayıb. Bu barədə onun vəkili Ruslan Çernolutski məlumat verib.

O bildirib ki, Yeni Qüvvələr Hərəkatı”nın lideri ona qarşı irəli sürülən ittihamlarla razılaşmır və bunun siyasi xarakter daşıdığını düşünür. “Hakimiyyət məni yalançı ittihamlarla həbs edib. Bununla sizi qorxutmaq istəyirlər”,-deyə Saakaşvilinin tərəfdarlarına ünvanladığı məktubda deyilir.

Qeyd edək ki, Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin eks-qubernatoru, Mixail Saakaşvili ötən axşam Kiyevdə saxlanılıb. O, Ukrayna Cinayət Məcəlləsinin 256-cı maddəsinin birinci hissəsi (cinayətkar təşkilatların üzvləri ilə işbirliyi və onların cinayət əməllərinin gizlədilməsi) ilə ittiham olunur.

Geri qayıt