Əsas Səhifə > Dünya > Fransa parçalanır?
Fransa parçalanır?11-12-2017, 09:21 |
Fransanın Korsika adasında keçirilən regional seçkinin ikinci mərhələsində millətçilər qələbə qazanıb. Axar.az xəbər verir ki, ilkin hesablamalara əsasən, seçkidə ən çox səsi – 56,46% “Korsika üçün” millətçi koalisiyası toplayıb. Seçkidə Fransa Prezidenti Emmanuel Makronun İrəli Respublika Partiyası 12,67% səslə üçüncü yerdə qərarlaşıb. Qeyd edək ki, millətçilər seçkinin birinci mərhələsində də qələbə qazanmışdılar. Onlar 2015-ci ildən adanı idarə edirlər. Artıq bəzi ekspertlər açıqlama yayaraq, Korsikada Kataloniya variantının gözlənilmədiyini bildiriblər. Onların fikrincə, millətçilər bundan sonrakı dönəmdə rəsmi Parisdən daha çox muxtariyyət tələb edəcəklər. Geri qayıt |