Əsas Səhifə > Dünya > ABŞ Əsədə hakimiyyətdə qalmağa icazə verir

ABŞ Əsədə hakimiyyətdə qalmağa icazə verir


12-12-2017, 10:45
ABŞ Əsədə hakimiyyətdə qalmağa icazə verir
Ağ Ev Suriya Prezidenti Bəşər Əsədin 2021-ci ilə qədər hakimiyyətdə qalmasına razılıq verməyə hazırdır.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Nyuyorker.com” saytı yayıb.

“Vaşinqtonun yeni qərarı Ağ Evin məhdud variantlara sahib olması, Əsədin müttəfiqlərinin uğurlarını qəbul etməsiylə bağlıdır. ABŞ Suriyadakı hərbi kampaniyaya 2014-cü ildən bəri 14 milyarddan artıq – orta hesabla hər ay 13 milyon dollar (İŞİD-ə hava zərbəsi endirilməsinə) pul xərcləyib. Lakin faktlar ondan ibarətdir ki, Ağ Ev Suriyanı yarım əsr idarə edən ailənin daha 4 il hakimiyyətdə qalmasına izn verib. Amerikalıların əsas qorxusu Əsədin hakimiyyətinin 2021-ci ildən sonra da uzunacağıdır”, – deyə o bildirib.

Geri qayıt