Əsas Səhifə > Dünya > “Bu qərar bizə təsir etmədi”
“Bu qərar bizə təsir etmədi”14-12-2017, 09:41 |
İsrailin baş naziri Binyamin Netanyahu İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Qüds məsələsi ilə bağlı İstanbulda keçirilən fövqəladə Zirvə toplantısının yekun Bəyannaməsində Şərqi Qüdsün Fələstinin paytaxtı elan olunmasına münasibət bildirib. AzVision.az-ın məlumatına görə, Netanyahu bu qərarın təsirsiz olduğunu deyib. “Bu qərar bizə təsir etmədi. Sonda həqiqət qalib gələcək və bir çox ölkə Qüdsü İsrailin paytaxtı olaraq tanıyaraq, səfirliklərini bu şəhərə köçürəcək”, - baş nazir bildirib. Netanyahu Qüdsün İsrailin paytaxtı olduğunu və bu şəhərdə bütün inanclı insanlara ibadət azadlığı verildiyini qeyd edib: “Fələstinlilər bu həqiqəti qəbul edərək, radikal mövqe əvəzinə sülh üçün çalışsa, daha yaxşı olar”. Geri qayıt |