Əsas Səhifə > Dünya, Güney Press > Türk komandosu Suriya sərhədinə göndərildi

Türk komandosu Suriya sərhədinə göndərildi


20-12-2017, 16:56
Türk komandosu Suriya sərhədinə göndərildi
PKK-nın Suriya qolu PYD terror təşkilatının əlində olan Afrinə qarşı hərbi əməliyyat hazırlayan Türk Silahlı Qüvvələri Türkiyə sərhədinə hərbi təchizat daşımağa davam edir.

Avropa.info xəbər verir ki, Türkiyənin müxtəlif hərbi birləşmələrindən ibarət hərbi konvoyla birgə 2-ci Komandos Briqadasında xidmət edən 70 nəfər əsgər Hatay vilayətinin İskəndərun rayonuna çatıb.

Dəmiryolu ilə İskəndərun vağzalına gələn 30 maşın hərbi personal tərəfindən vaqonlardan boşaldılıb. İçlərində hərbi təcili tibbi yardım maşınları olan maşınlar sərhəddəki hərbi birləşmələrə göndərilib.

Geri qayıt