Əsas Səhifə > Dünya > Kremldən ABŞ-ın sanksiyalarına reaksiya:

Kremldən ABŞ-ın sanksiyalarına reaksiya:


26-12-2017, 09:05
Kremldən ABŞ-ın sanksiyalarına reaksiya:
Sanksiyaların artırılması Moskva-Vaşinqton əlaqələrini böyük risk altına qoyur.

Axar.az xəbər verir ki, bu sözləri Kreml sözçüsü Dmitri Peskov deyib.

“Əlbəttə, bu durum narahatlığa səbəb olur. Soyuq müharibə və bənzər intonasiyalı cümlələrdən istifadə etməyəcəyəm. Onsuz da ciddi nöqtədə olan əlaqələrimizi təhlükə altında qoymaq istəmərik. Rusiya sanksiyaların ləğvi ilə bağlı heç bir tələb irəli sürməyəcək”, - sözçü bildirib.

Qeyd edək ki, ABŞ sonuncu dəfə Rusiyadan olan bir neçə iş adamını sanksiya siyahısına əlavə edib.

Geri qayıt