Əsas Səhifə > Dünya > Yanvarın 1-i dünya əhalisinin sayı 7,444 milyard nəfərə çatacaq
Yanvarın 1-i dünya əhalisinin sayı 7,444 milyard nəfərə çatacaq29-12-2017, 08:53 |
2018-ci il 1 yanvar tarixində Yer kürəsi əhalisinin sayının 7 milyard 444 milyon 443 min 881 nəfərə çatacağı proqnozlaşdırılır. “Report” xəbər verir ki, bunu ABŞ-ın Siyahıyaalma Bürosunun mütəxəssisləri bəyan ediblər. "Gələn ilin yanvarında hər saniyə dünyaya 4,3 körpə gələcək, 1,8 nəfər öləcək", - deyə TASS bəyanatı sitat gətirir. Alimlər xatırladıblar ki, 2011-ci ildə dünya əhalisinin sayı 7 mlrd. nəfərə çatıb və proqnozlara görə, 2050-ci ildə bu rəqəm 9 mlrd. nəfər təşkil edəcək. Çinin hesablamalarına görə, növbəti 3 il ərzində ölkə əhalisi 20 milyon nəfər artaraq 2020-ci ildə 1,42 milyard nəfərə çatacaq. Əhalisinin sayına görə dünyada ikinci yeri Hindistan (təqribən 1,35 mlrd. nəfər), üçüncü yeri ABŞ (326,6 mln) tutur. Geri qayıt |