Əsas Səhifə > Dünya > İran ABŞ qoşunlarını Suriyadan çıxarmağı tələb edib
İran ABŞ qoşunlarını Suriyadan çıxarmağı tələb edib3-01-2018, 11:50 |
ABŞ-ın Suriyada hərbi mövcudluğu qanunsuzdur, buna görə də ABŞ qoşunlarını bu ölkə ərazisindən çıxarmalıdır. SalamNews-un “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə İran Milli Təhlükəsizlik Ali Şurasının katibi admiral Əli Şamhani “Əl Mayadin” telekanalına müsahibəsində bildirib. Admiral qeyd edib ki, Rusiya və İrandan fərqli olaraq, ABŞ qoşunlarının Suriyaya göndərilməsini rəsmi Dəməşqlə razılaşdırmayıb. Ümumilikdə o, ABŞ-ın Suriyada hərbi mövcudluğu işğal olaraq dəyərləndirib: “Bütün beynəlxalq tribunalarda ABŞ qoşunlarının Suriyadan çıxarılmasını tələb edəcəyik”. Geri qayıt |