Əsas Səhifə > Dünya > “Rusiya Meksikada seçkiyə müdaxiləyə çalışır”
“Rusiya Meksikada seçkiyə müdaxiləyə çalışır”8-01-2018, 10:09 |
Ağ evin aparıcı rəsmisi deyir ki, Kreml bu il Meksikada keçiriləcək prezident seçkisinə təsir göstərmək üçün kampaniyaya başlayıb. Yanvarın 7-də Meksikanın “The Reforma” qəzeti ABŞ-ın milli təhlükəsizlik müşaviri H.R. McMaster-in dekabrda etdiyi çıxışdan bir hissə yayıb. Müşavir dekabrın 15-də Vaşinqtondakı Jamestown Fondundakı çıxışında deyib ki, Rusiyanın iyulda Meksikada keçiriləcək seçkiyə müdaxiləsinə dair dəlil var. “Demokratik cəmiyyətləri qütbləşdirmək və cəmiyyətlər içindəki icmaları bir-birinə qarşı qoymaq cəhdlərini görürük”, – McMaster deyib. McMaster iddia olunan müdaxilə barədə konkret danışmasa da, Meksikada prezidentlik kampaniyasına müdaxilə cəhdlərinin ilkin əlamətlərinin göründüyünü söyləyib. O əlavə edib ki, ABŞ hökuməti Kremlin propaqanda və dezinformasiya yaymaqdan ötrü təkmil kiberalətlərdən istifadəsindən narahatdır. “Reuters” McMaster-in ofisindən şərh ala bilməyib. Kremldən də şərh almaq mümkün olmayıb. Geri qayıt |