Əsas Səhifə > Dünya > ABŞ hərbçiləri Türkiyədə aztəminatlı ailələrdən uşaqlar alıb
ABŞ hərbçiləri Türkiyədə aztəminatlı ailələrdən uşaqlar alıb9-01-2018, 09:48 |
Türkiyənin Adana vilayətindəki "İncirlik" aviabazasında yerləşmiş amerikalı hərbçilər iki azyaşlını qanunsuz yolla alaraq ABŞ-a göndəriblər. Bu barədə Trend Türkiyə mətbuatına istinadən məlumat verir. Bildirilir ki, amerikalı hərbçilər 1980-1990-cı illərdə də Adana vilayətində aztəminatlı ailələrdən bir neçə dəfə uşaq alıblar. Hazırda övladlarını ABŞ hərbçilərinə satan ailələr dəqiqləşdirilir. Türkiyə hakimiyyəti bu barədə hələ rəsmi açıqlama verməyib. Geri qayıt |