Əsas Səhifə > Dünya > CHP-dən XAİN ÇAĞIRIŞ
CHP-dən XAİN ÇAĞIRIŞ16-01-2018, 10:21 |
Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyası (CHP) ölkə hakimiyyətini Suriyanın Afrin şəhərində gözlənilən hərbi əməliyyatlardan imtina etməyə çağırıb. Trend-in məlumatına görə, müxalifət bu çağırışını onunla izah edir ki, Afrində PYD ("Demokratik ittifaq") və YPG (PKK-nın Suriya qanadı) terror təşkilatlarına qarşı hərbi əməliyyatlar Türkiyə daxilində vəziyyəti gərginləşdirə bilər. Belə ki, bu, PKK terrorçularının fəallaşmasına gətirib çıxara bilər. Bununla belə, CHP ABŞ-ın PYD və YPG-yə münasibətdə mövqeyini kəskin pisləyib. Geri qayıt |