Əsas Səhifə > Dünya > Bir qrup konqresmen Trampı Şimali Koreya ilə hərbi əlaqələri bərpa etməyə çağırıb
Bir qrup konqresmen Trampı Şimali Koreya ilə hərbi əlaqələri bərpa etməyə çağırıb19-01-2018, 08:39 |
ABŞ konqresinin nümayəndələr palatasının 33 üzvündən ibarət qrup prezident Donald Trampı Şimali Koreya ilə hərbi əlaqələri bərpa etməyə çağırıb. Trend-in məlumatına görə, bu barədə konqresmenlərin Trampa yazdığı məktubda deyilir. Məktubda bildirilir: "Şimali Koreya dünyada hərbi səviyyədə informasiya mübadiləmiz olmayan yeganə nüvə ölkəsidir". Sənəddə qeyd olunur ki, ABŞ əlindən gələni etməlidir ki, daha böyük münaqişəyə, o cümlədən nüvə müharibəsinə gətirib çıxara bilən anlaşılmazlıq yaranmasın. Geri qayıt |