Əsas Səhifə > Dünya > Nyu-Yorkda S5+1 formatında görüş keçirilib

Nyu-Yorkda S5+1 formatında görüş keçirilib


20-01-2018, 10:49
Nyu-Yorkda S5+1 formatında görüş keçirilib
Nyu-Yorkda Mərkəzi Asiya ölkələri və ABŞ xarici işlər nazirlərinin S5+1 formatında görüşü keçirilib.

Trend-in məlumatına görə, görüş zamanı müxtəlif sahələrdə çoxtərəfli əməkdaşlığın inkişaf perspektivləri, regional təhlükəsizlik məsələləri müzakirə olunub.

Görüşdə Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Tacikistanın xarici işlər nazirləri, Türkmənistanın BMT-dəki daimi nümayəndəsi və ABŞ Dövlət katibinin müavini iştirak edib.

Qeyd edək ki, S5+1 formatı Mərkəzi Asiya ölkələri və ABŞ tərəfindən 2015-ci ilin sentyabrında yaradılıb.

Geri qayıt