Əsas Səhifə > Dünya > Ər-Riyadda “səssiz çevriliş” hazırlanır
Ər-Riyadda “səssiz çevriliş” hazırlanır29-01-2018, 09:24 |
Səudiyyə Ərəbistanında “səssiz çevriliş” ola bilər. Axar.az xəbər verir ki, bu sözlər İsrailin Təl-Əviv Universitetinin hazırladığı hesabatda yer alıb. Hesabatda Səud xanədanının devrilmə ssenariləri təqdim edilib. Təqdim edilən ssenarilərdən birində çevriliş üçün əsas səbəb hazırkı vəliəhd Məhəmməd bin Salmanın müxtəlif cəbhələrdə məğlubiyyətə məruz qalması göstərilib. Onun xüsusilə Yəmən və Qətər qarşısında çarəsizliyi mövqelərini sarsıdıb: “Lakin Salman üçün əsas məğlubiyyət Səudiyyə Ərəbistanının qarşısına qoyduğu 2030 hədəflərinə çata bilməyəcəyi barədə rəydir. Mövcud iqtisadi və sosial böhranlar şahzadələr arasında və xalqda böyük narahatlıq yaradır. Bu isə Salmanın mövqelərini itirməsinə gətirib çıxarır”. Hazırlanan digər ssenaridə isə Səud nəslinin hakimiyyətdən devrilməsi təqdim edilib. Burada Salmanın səssiz şəkildə vəzifəsindən uzaqlaşdırılacağı və birbaşa hərbi çevrilişlə gedəcəyi bildirilib. Bununla bərabər, Səudiyyə Ərəbistanında bu çevriliş ərəfəsində böyük etiraz aksiyalarının keçiriləcəyi vurğulanıb. Təl-Əviv Universitetinin ekspertləri bu ssenarilərin gerçəkləşməsinin ən çox İsrailə zərər verəcəyini söyləyiblər. Bunun xüsusilə İrana qarşı yaradılacaq cəbhədə böyük itkilərə səbəb olacağı vurğulanıb. Geri qayıt |