Əsas Səhifə > Dünya > Suriya Milli Dialoq Konqresi Konstitusiya Komissiyasının yaradılmasını qərara alıb

Suriya Milli Dialoq Konqresi Konstitusiya Komissiyasının yaradılmasını qərara alıb


31-01-2018, 08:56
Suriya Milli Dialoq Konqresi Konstitusiya Komissiyasının yaradılmasını qərara alıb
Soçidə keçirilən Suriya Milli Dialoq Konqresinin iştirakçıları arasında Konstitusiya Komissiyasının yaradılmasına dair razılıq əldə olunub. Forumda seçiləcək şəxslər və Konqresdə iştirak etməyən qrupların nümayəndələri Komissiyanın üzvü olacaqlar.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya XİN rəhbəri Sergey Lavrov bildirib. Onun sözlərinə görə, qeyd olunan komissiya Cenevrədə fəaliyyət göstərəcək.

Nazir qeyd edib ki, Konstitusiya Komissiyası BMT-nin 2254 qətnaməsinə uyğun olaraq yaradılıb.

“Suriyanın yeni Konstitusiyasını hazırlayacaq bu yeni qurumun fəaliyyəti Cenevrədə təşkil olunacaq”, - deyə S.Lavrov qeyd edib.

Soçidə keçirilən Suriya Milli Dialoq Konqresinə bu ölkənin bütün siyasi, etnik və konfessional qruplarını təmsil edən 1500-dən çox iştirakçı qatılıb.

Konqresin məqsədi Suriyanın yeni Konstitusiyasının hazırlanmasına start verilməsi və Konstitusiya Komissiyasının yaradılmasıdır.

Geri qayıt