Əsas Səhifə > Dünya > Türkiyə Ordusu Afrində genişmiyaslı hərbi əməliyyata hazırlaşır
Türkiyə Ordusu Afrində genişmiyaslı hərbi əməliyyata hazırlaşır3-02-2018, 11:26 |
Türkiyə Silahlı Qüvvələrinin (TSQ) Azad Suriya Ordusu (ASO) ilə birgə Afrində keçirdiyi hərbi əməliyyatlarda öldürülən terrorçuların sayı 823-ə çatdı. Avropa.info xəbər verir ki, bu barədə TSQ rəsmi məlumat yayıb. Bülbül bölgəsinin terrorçulardan təmizlənməsi ilə 25 kilometrlik bir xəttin nəzarəti türk əsgərlərinin əlinə keçib. Afrindəki terror hədəflərinə yönələn “Zeytun budağı” əməliyyatının 14-cü günündə 6 terror hədəfi yerlə yeksan edilib, 12 terrorçu öldürülüb. Məlumatda qeyd edilir ki, şimaldan gələn hərbi birliklər Burseya dağının arxasından dolaşaraq, şərq cəbhəsində mövqe tutmuş əsgərlərlə birləşib, Afrin əməliyyatını davam etdirəcək. Qərb cəbhəsində isə strateji yüksəkliklərin nəzarətini ələ keçirməyi bacaran türk əsgərləri Raco və Cinderes bölgələrində həyata keçiriləcək genişmiqyaslı hərbi əməliyyat üçün hazırlıqlarını davam etdirir. Əməliyyatlar zamanı PYD/PKK terrorçularından xeyli sayda silah və sursat ələ keçirilib. Geri qayıt |