Əsas Səhifə > Dünya > Ərdoğan və Ruhani Suriyadakı proseslərdən danışıblar
Ərdoğan və Ruhani Suriyadakı proseslərdən danışıblar9-02-2018, 09:28 |
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və İran prezidenti Həsən Ruhani arasında telefon danışığı olub. FaktXəbər-in məlumatına görə, telefon danışığı zamanı Ərdoğan və Ruhani Suriyadakı hadisələrin inkişafını müzakirə ediblər. Bundan əlavə, prezidentlər Ankara və Tehranın təhlükəsizlik və terrorizmlə mübarizə sahəsində əməkdaşlığının möhkəmlənməsindən razı qaldıqlarını ifadə ediblər. Geri qayıt |