Əsas Səhifə > Dünya > "İsrail İran və Suriya qüvvələrinə zərbə endirib və ona ziyan vermək cəhdlərinin qarşısını alacaq"
"İsrail İran və Suriya qüvvələrinə zərbə endirib və ona ziyan vermək cəhdlərinin qarşısını alacaq"12-02-2018, 08:19 |
İsrail şənbə günü İran və Suriya qüvvələrinə zərbə endirib və bundan sonra da, ona ziyan verməyə yönəlmiş istənilən cəhdlərə cavab verəcək. “Report” TASS-a istinadən xəbər verir ki, bu bəyanatla yerli hökumətin bazar günü keçirilən həftəlik iclasında yəhudi dövlətinin baş naziri Binyamin Netanyahu çıxış edib. Baş nazir şənbə günü Suriya sərhədində yaşanan hadisəni belə şərh edib: "Dünən biz İran və Suriya qüvvələrinə ciddi zərbə endirdik, biz birmənalı olaraq başa saldıq ki, bizim fəaliyyət qaydalarımız heç bir halda dəyişməyəcək: bizə zərər verməyə yönəlmiş hər cür cəhdin qarşısını almağa davam edəcəyik". Şənbə günü İsrail yəhudi dövləti üzərində İrana məxsus pilotsuz uçan aparatı, Suriya isə öz hava məkanında İsralin hərbi təyyarəsini vurub. Geri qayıt |