Əsas Səhifə > Dünya > MİT-dən ölkə xaricində uğurlu əməliyyat

MİT-dən ölkə xaricində uğurlu əməliyyat


17-02-2018, 10:26
MİT-dən ölkə xaricində uğurlu əməliyyat
Diyarbəkir, Suruç və Ankarada 142 insanın ölümünə səbəb olan terror aktlarının törədilməsi əmrini verən İŞİD üzvü İlhami Balının həyat yoldaşı Hülya Balı MİT-in (Milli İstehbarat Təşkilatı) ölkə sərhədlərindən kənarda təşkil etdiyi xüsusi əməliyyatla saxlanaraq Türkiyəyə gətirilib.

Başına 4 milyon qoyulan İŞİD-in Türkiyə əmiri İlhamı Balının axtarışları Əl Bab şəhərində aparılıb.

Məlumata görə, MİT əməkdaşları Hülya Balı saxlandıqdan sonra həmçinin bir neçə ünvanda axtarış aparıb, ancaq İlhami Balı tapılmayıb. Onun arvadı isə 2 uşağı ilə birlikdə əvvəlcə Azezə, daha sonra isə Kilisə gətirilib. Hülya Balının İŞİD və həyat yoldaşının fəaliyyəti barədə vacib detalları etiraf etdiyi bildirilib.

Təhlükəsizlik orqanları İlhami Balının sağ olduğunu və Mayadində gizləndiyini öyrənib.

Qeyd edək ki, İlhami Balı Ankarada, Suruçda canlı bomba hücumu, HDP mitinqində partlayış törədilməsi və Türkiyə-Suriya sərhədində 1 əsgərin şəhid olduğu terror aktlarının rəhbəri və əmri verən şəxs kimi tanınır(axar.az).

Geri qayıt