Əsas Səhifə > Dünya > Tramp silah satışını sərtləşdirməyə çağırdı

Tramp silah satışını sərtləşdirməyə çağırdı


21-02-2018, 08:23
Tramp silah satışını sərtləşdirməyə çağırdı
ABŞ prezidenti Donald Tramp silah alıcılarının yoxlanılmasını sərtləşdirməyə çağırıb.

Trend-in məlumatına görə, dövlət başçısı bununla bağlı ölkənin iki əsas siyasi partiyasına öz Twitter hesabından müraciət edib.

"Respublikaçı və ya demokrat olmağımızdan asılı olmayaraq biz səylərimizi silah satışı zamanı alıcıların tərcumeyi-halının daha ciddi yoxlanılmasında cəmləşdirməliyik!",- ABŞ prezidenti “Twitter” hesabında yazıb.

Geri qayıt