Əsas Səhifə > Dünya > Rusiyadan BMT-nin Şərqi Quta qətnaməsinə veto
Rusiyadan BMT-nin Şərqi Quta qətnaməsinə veto23-02-2018, 11:04 |
BMT-nin Şərqi Qutada 30 günlük atəşkəs rejimi və humanitar yardım barədə qətnaməsinə Rusiya tərəfindən veto qoyulub. FaktXeber.com-un məlumatına görə, bu barədə The Guardian xəbər verib. Rusiyanın BMT-dəki səfiri Vasiliy Nebenziya Təhlükəsizlik Şurasının Şərqi Quta hadisələri barədə fövqəladə iclasında bəyan edib ki, Rusiya İsveç və Küeyt tərəfindən təklif olunan atəşkəs barədə qətnaməni qəbul etməyəcək. O, bildirib ki, şəhərdə mülki vətəndaşlar arasında ağır qurbanlar barədə xəbərlər, kütləvi psixozun məhsuludur. «Son günlər ancaq eyni söz-söhbəti yayan qlobal KİV-də kütləvi psixoz, şəhərdə həqiqətən baş verənləri anlamağa heç cür kömək etmir», - deyə Nebenziya bildirib. «Bu barışığın qorunmasında hansı zəmanətlərin olacağı barədə biz israrla maraqlanırıq. Ancaq hələ ki, inandırıcı bir cavab ala bilmirik», - deyə o, əlavə edib. Səfir həmçinin bəyan edib ki, layihədəki bir sıra məddələrə dəyişiklik etmək istərdi. Şərqi Quta silahlı qruplaşmaların nəzarətindədir. Suriya Ordusu Rusiya Aviasiyasının dəstəyi ilə şəhərdə terrorçuların mövqelərinə zərbələr endirir. Dünən məlum oldu ki, Rusiya Suriyaya bir neçə qırıcı, o cümlədən müasir Su-57 göndərib. Ehtimal olunur ki, Şərqi Quta əməliyyatlarında onlar da iştirak edəcək. Geri qayıt |