Əsas Səhifə > Dünya > Müəmmar Qəddafinin yaxınlarının dondurulmuş bank hesablarından azı 10 mlrd. avro yoxa çıxıb
Müəmmar Qəddafinin yaxınlarının dondurulmuş bank hesablarından azı 10 mlrd. avro yoxa çıxıb9-03-2018, 08:20 |
Liviyanın sabiq lideri Müəmmar Qəddafinin yaxınlarının dondurulmuş bank hesablarından azı 10 milyard avro müəmmalı şəkildə yoxa çıxıb. APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, pul vəsaitləri Euroclear bankındakı hesablardan 2013-2017-ci illər ərzində götürülüb. Məlumata görə, 2011-ci ildə BMT-nin qərarı ilə dondurulan hesablardan pulların çıxarılması Belçika Maliyyə Nazirliyi ilə razılaşdırılmayıb. Prokurorluğun məlumatına görə, adıçəkilən bankda açıq olan 4 hesabda 5 mlrd. avronun qaldığı bildirilir. Vəsaitlər çıxarılmazdan əvvəl isə həmin hesablarda ümumilikdə 16 mlrd. avro olub. Geri qayıt |